Əhalinin real gəlirləri artır – İki illik fasilədən sonra

İqtisadiyyat
12:54 / 17.02.2022
818
İki illik fasilədən sonra Azərbaycan əhalisinin real gəlirlərində artım baş verir.
Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 4,676 milyard manat olub.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 4,194 milyard manatlıq vəsait qalıb ki, bu da nominal baxımdan 16,5 faiz artım deməkdir.
Yanvarda illik inflyasiyanın 12,5 faiz olduğunu nəzərə alsaq, aydın olur ki, ilin birinci ayında əhalinin real gəlirləri 3 faiz, sərəncamda qalan gəlirlər isə 4 faiz artıb.
Xatırladaq ki, 2020-ci ildə əhalinin real gəlirləri 4,6 faiz, 2021-ci ildə 4,1 faiz azalmışdı.
"Əhalinin gəlirləri” makroiqtisadi göstəricidir və o, işçilərə ödənən əmək ödənişlərini, sahibkarlıq fəaliyyətindən gəlirləri, kənd təsərrüfatından gəlirləri, mülkiyyətdən əldə edilən gəlirləri, həmçinin alınmış cari transfertləri (pensiya, müavinət və s.), ölkə xaricindən göndərilən pulları, kreditləri və s. göstəriciləri əhatə edir.
Bu il əhalinin gəlirlərinin artmasına əmək haqqı, pensiya, müavinətlərdəki artımın ciddi təsiri olub.
Vasif
Sfera.az