Məşhur aktyor necə öləcəyini əvvəlcədən bilibmiş - Həyat yoldaşı inanılmaz sirri açıqladı

Maqazin
11:37 / 17.02.2022
1244
Məşhur "Full House” serialının baş rollarından birini oynayan aktyor Bob Saqet haqqında inanılmaz fakt ortaya çıxıb.
Sfera.az bildirir ki, yanvarın 9-da dünyasını dəyişən sənət adamının "Bob Saget's Here For You" adlı yayımındakı açıqlamaları eşidənləri təəccübləndirib. Belə ki, aktyorun ölümünü öncədən bildiyi məlum olub.
Həmin yayım zamanı Saqet həyat yoldaşı Kelli Rizzonun ən çox sevdiyi filmlər haqqında danışarkən bu ifadələrdən istifadə edib:
"Kellinin sevdiyi filmlər sırasında "The Godfather", "Scarface", "Casino və Goodfellas" yer alır. Əgər bunlar sənin ən çox sevdiyin filmlərdirsə, yaşayacaq çox zamanım yoxdur! Mən yatağımda ölü tapılacam”. Həyat yoldaşı isə, bunun qarşılığında aktyora "Diqqət etsən yaxşı olar”, deyib. Söhbətdən təxminən 2 ay sonra isə Bob Saqet Floridada qaldığı otel otağında ölü tapılıb.
Xatırladaq ki, aktyor qəza nəticəsində başını sərt cismə vurub, gecə buna əhəmiyyət verməyərək yatıb və beyin qanaması səbəbilə dünyasını dəyişib.
Türkan
Sfera.az