Nura Suri bu FOTOsunu paylaşanlara səsləndi: "Kimi narahat edirsə, başını vursun divara”

Nura Suri bu FOTOsunu paylaşanlara səsləndi:
Tanınmış müğənni Nura Suri üsyan edib.
 
Sfera.az bildirir ki, ifaçı illər əvvəl çəkilən fotosunu paylaşanlara etiraz edib. O, həmin şəkli sosial media hesabından izləyiciləri ilə bölüşərək bu fikirləri qeyd edib:

 "2006-cı ildə Lider TV-də çalışdığım dönəmdə səhnəarxası əynimizi dəyişdiyimiz vaxt jurnalist Şahin Cavadsoy şəklimi çəkmişdi. Yəni, şəkildə açıq-saçıq heç nə yoxdur.  Sadəcə o vaxtlar guya paparazzi kimi çəkilmişdi şəkil. Şahin də dostumuzdur, başqa məqsədi yox idi. Peşəkar fotoqraflarla açıq-saçıq fotolarım çoxdur, şəxsən məni narahat etmir. Kimi narahat edirsə, başını vursun divara”.

N.Suri bildirib ki, kimlərsə internetdən hər il sözügedən şəkli tapıb paylaşırlar:

"Həm də öz iç dünyası və yaşam tərzinə uyğun başlıq yazaraq. Dəlidilər, gicdilər, nədilər bilmirəm. Məqsədi də anlamıram. Sadəcə gülürəm”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR