Hamı ayrıldıqlarını zənn edərkən evlilik qərarı alan məşhur cütlük kameralara tuş gəldi - FOTO

Hamı ayrıldıqlarını zənn edərkən evlilik qərarı alan məşhur cütlük kameralara tuş gəldi - FOTO
Demet Özdemir-Oğuzhan Koç cütlüyü ayrılıq xəbərlərindən bir müddət sonra sevənlərini təəccübləndirdi. Belə ki, "Sevgililər günü"ndə aktrisanın müğənni sevgilisindən evlilik təklifi aldığı üzə çıxdı.

Sfera.az bildirir ki, ötən gün milyonluq avtomobili ilə sevgilisini evindən götürən 36 yaşlı Oğuzhan Koç kameraları görən kimi müxbirlərin suallarını cavablandırmaq üçün dayanıb.

Barmağındakı üzüyü göstərən Demet "Kaş bizə də bir az sürpriz saxlasaydınız”, deyərək jurnalistlərə üsyan edib. Müğənni isə "Biz çox xoşbəxtik. Allah hamını belə məsud etsin", deyərək müxbirləri keçmiş "Sevgililər günü" ilə bağlı təbrik edib.

İfaçı jurnalistlərin "Bəy kimi geyinmisiniz” şərhinə də reaksiya verib. "Necə lazımdırsa, elə də geyindik” deyən Koçun cavabı Özdemiri güldürüb.

Türkan
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR