Nigar Camaldan builki “Eurovision” təmsilçimizə dəstək: "Yaxşı yer tuta bilərik"

Nigar Camaldan builki “Eurovision” təmsilçimizə dəstək:
Azərbaycanı "Eurovision-2011” təmsil edən müğənni Nigar Camal yeni təmsilçimizdən danışıb.
 
Sfera.az-ın məlumatına görə, o, bu barədə fikirlərini bölüşərkən Nadir Rüstəmliyə güvəndiyini açıqlayıb:

"Hələ "O Səs Azərbaycan”da qalib olmadan öncə demişdim ki, Nadirin tipajı konkret "Eurovision” üçündür. Bu gedəcək”.

Camal, həmçinin yarışma ilə bağlı proqnoz da verib. O, "Qəşəng mahnı seçsələr və Nadirə oxşar tipaj müsabiqədə olmasa, yaxşı yer tuta bilərik”, - deyə əlavə edib.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR