Əhali ərzağın alınmasına bir dəqiqədə 46 min manat xərcləyib - STATİSTİKA

11:33 / 16.02.2022
578
2021-ci il Azərbaycan iqtisadiyyatı üçün aktiv dövrlərdən olub. Ötən il bütün iqtisadi göstəricilərdə müsbət dəyişikliklər baş verib.
Bakı Araşdırmalar İnstitutu (BAİ) iqtisadiyyatda baş verən proseslərə maraqlı yanaşma tətbiq edib. BAİ ötən il Azərbaycan iqtisadiyyatının hər dəqiqəsində hansı dəyişikliklərin baş verdiyini araşdırıb.
Sfera.az BAİ-yə istinadən bildirir ki, ötən il hər dəqiqədə Azərbaycanda 176,7 min manatlıq əlavə dəyər (ümumi daxili məhsul) yaradılıb. Bir dəqiqədə dövlət büdcəsinə 50,3 min manat vəsait daxil olub, vergi orqanları dövlət büdcəsinə 16 232 manat, gömrük oqranları 8 263 manat pul ödəyib.
2021-ci ildə hər dəqiqədə 4 927 manat kredit yönəldilib, banklar 5 595 manat qazanıb, 3 752 manat xərcləyib, banklardan nağd şəkildə 2 574 ABŞ dolları alınıb, 3 988 ABŞ dolları satılıb. Bir dəqiqədə bankomatlar vasitəsilə 44 323 manat nağdlaşdırılıb, debet və kredit kartları vasitəsilə 71 222 manatlıq əməliyyat aparılıb.
Ötən il hər dəqiqədə əhali banklara 2 024 manat əmanət yerləşdirib.
2021-ci ildə dəqiqəlik ixracımız 42 250 dollar, idxalımız 22 271 dollar olub. Elektron ticarət vasitəsilə 13 714 manatlıq əməliyyat aparılıb.
Əhali hər dəqiqədə ərzaq məhsullarının alınmasına 45 662 manat xərcləyib.
Vasif
Sfera.az