Azərbaycanda 1 həftə ərzində internetlə bağlı problemlər yaşanacaq? - AÇIQLAMA
10:53 / 16.02.2022
751
Bir neçə gün öncə Baktelekom CDMA şəbəkədə, onun baza stansiyalarında təkmilləşdirmə işlərinin aparıldığını açıqlamışdı. Bununla əlaqəli məhz bu şəbəkə istifadəçilərində problemin olacağı elan edilib. Bundan sonra isə, sosial mediada ölkə üzrə internet təminatında problemlərin müşahidə ediləcəyi haqqında məlumatlar yayılıb.
Sfera.az-ın məlumatına görə, mövzu ilə əlaqəli Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, CDMA xidməti göstərən 3 operatorun ölkə üzrə təxminən 10 min müştərisi mövcuddur:
"”Baktelekom”un isə təxminən 2-3 min bu tip abunəçisi var. Bu simsiz telefonlar adətən "gəzdirilə bilən ev telefonu" adlanır. Əsasən 10-15 il əvvəl məhdud sayda istifadəyə verilib. CDMA texnologiyanı mobil olaraq da istifadə etmək mümkün olsa da, bu xidməti göstərən operatorların mobil lisenziyası olmadığından onlar bu sahədə inkişaf edə bilməyiblər.
Baktelekom hazırda bu şəbəkədə, həmin 2-3 abonentə ancaq səs-danışıq xidməti göstərir. Digər CDMA operatorlarda isə, sözügedən xidmətlə bərabər bu texnologiya ilə internet xidmətləri də var. Beləliklə, 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri ancaq "Baktelekom”un yalnız məhdud sayda olan CDMA müştərilərinə aiddir”.
Ekspert, həmçinin əlavə edib ki, ölkə üzrə fiber-optik, GPON ADSL, Kabel TV, mobil, LTE, Starlink və s. kimi digər texnilogiyalarla da internetə qoşulanları hər hansı problem gözləmir.
Günay Rəsulqızı
Sfera.az