MMC-lər səhmdar cəmiyyətlərə çevrilir – SƏBƏBLƏR

İqtisadiyyat
16:40 / 15.02.2022
1131
Azərbaycanda təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) olan şirkətlər son günlər statusunu dəyişərək Qapalı Səhmdar Cəmiyyətlərə (QSC) çevrilir.
Sfera.az xəbər verir ki, buna səbəb səhmdar cəmiyyətlərin dividend vergisindən 7 il müddətinə azad olunmasıdır.
İnvestisiya məsləhətçisi Orxan Bağırov "Marja.az”a bildirib ki, 2019-cu ildə fiziki şəxslərin səhmdar cəmiyyətlərdə dividend vergisindən 7 il müddətinə azad olunması qərarı verildikdən sonra bir çox MMC Səhmdar Cəmiyyətə çevrilir:
"Keçmiş MMC-lər vergi güzəştlərindən faydalanmaq üçün Səhmdar Cəmiyyət olurlar. Vergi güzəştindən faydalanmaq üçün tələb yalnız səhmdar cəmiyyətə çevrilməkdir. Burada açıq və ya qapalı cəmiyyət olmaqla bağlı qəti tələb yoxdur. Bundan faydalanan MMC-lərin bir çoxu qapalı cəmiyyətlərə üstünlük verir və buna görə də birjada listnqi baş tutmadı. Dövlət tərəfindən vergi güzəştləri və ya digər formada gözlə görünən dərəcədəki təşviqlərin tətbiqi birjada listinqə marağı artıra bilər".