“Millətini sevir, əli-ayağı təmizdir...” – Siyasətçilər AMEA-nın yeni rəhbəri kimi onun adını çəkdi

“Millətini sevir, əli-ayağı təmizdir...” – Siyasətçilər AMEA-nın yeni rəhbəri kimi onun adını çəkdi
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ötən gün postundan istefa verib. Akademiyanın yeni prezidenti postuna namizəd kimi göstərilənlər arasında isə bəzi şəxslərin şanslarının daha yüksək olduğu iddia edilir.

Maraqlıdır, siyasi partiya rəhbərləri bu mövzuda nə düşünür? "Boz kardinal”ı uğurla əvəzliyə biləcək namizəd kimdir?
 
Ümid Partiyasının sədri İqbal Ağazadə uğurlu namizəd kimi akademiyanın vitse- prezidenti İbrahim Quliyevi görür:

"AMEA-da rəhbər vəzifəyə uğurlu namizəd kimi vitse-prezident, akademik İbrahim Quliyevi görürəm. Mən akademiyada praktika ilə elmi birləşdirməyin tərəfdarıyam. Mövcud idarəçilik sistemində İbrahim Quliyevin vəzifəyə gətirilməsini istərdim”.   

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu akademik Rafiq Əliyevin bu vəzifəyə gətirilməsini istəyib:
 
"AMEA prezidentliyinə ən uğurlu namizəd Rafiq Əliyevdir. O indi Kiprdədir, onu oradan geri çağırsalar, çox yaxşı olar. Yerdə qalan digər variantlar, yəni şəxslərin vəzifəyə təyinatı ilə heç nə dəyişməyəcək. Rafiq Əliyev yüksək əxlaqlı, dünya miqyaslı alimdir. Millətini sevir, əli-ayağı təmizdir və belə birininin AMEA-ya rəhbər təyin edilməsi bizə hava və su kimi lazımdır”.
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev barışdırıcı insan kimi Misir Mərdanovu yeni vəzifəyə uğurlu namizəd kimi görüb:

"AMEA-da rəhbər posta Misir Mərdanovun gətirilməsi yaxşı olardı, təcrübəlidir, təhsildən xəbəri var. Akademiyadakı ziyalılar bu barədə fikirləşməlidirlər. Misir Mərdanov rəhbər vəzifəyə keçsə, orada nizam-intizam yaranar. O, barışdırıcı insandır”.

Azərbaycan Kommunist Partiyasının (AKP) sədr müavini Rauf Qurbanov isə bu mövzuda fikir bildirməyi publikaya oynamaq kimi dəyərləndirib:

"Mən siyasi partiya rəhbəri kimi bu məsələylə bağlı fikir bildirə bilmərəm, bu qərarı AMEA-nın Rəyasət heyəti verməlidir. Mən hansısa namizədin adını çəksəm, bu, sadəcə publikaya oynamaq olar. Ümid edirəm ki, yeni rəhbər elmin inkişafında uğurlara imza atacaq”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

COP29-da qatarlarla 10 mindən çox akkreditasiyalı sərnişin daşındı

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qatarlarla ümumilikdə 1...

"Bölgənin 12 ölkəsinə Azərbaycan qazı ixrac ediləcək" - Mikayıl Cabbarov

"Azərbaycan dünya iqtisadiyyatı üçün mühüm olan enerji və logistika layihələrinin reallaşdığı məkana çevrilib". Sfera.az xəbər verir ki, bunu Mil...

Əhaliyə XƏBƏRDARLIQ: Bakıda və bölgələrdə leysan yağacaq

Bu gündən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda noyabrın 27-dək yağıntılı hava şəraitinin olacağı gözlənilir.   Sfera.az xəbər verir k...

Agentlik onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yay...

İngiltərə klubu baş məşqçisi ilə yolları ayırdı

İngiltərənin "Lester" klubu baş məşqçisi Stiv Kuperlə yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə Lester təmsilçisinin mətbua...

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayı...