Toyda partlayış: 23 yaralı - VİDEO
Dünya
21:00 / 01.08.2016
1738
Mahaçqalada "Layli" banket zalında toy zamanı güclü partlayış baş verib.
"Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir. Bu barədə Dağıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, zərərçəkənlərin əksəriyyəti mətbəxdə işləyən qadınlar olub.