Sərdar Ortaç vəsiyyətini AÇIQLADI: "40 milyonluq evim var..."

Sərdar Ortaç vəsiyyətini AÇIQLADI:
Türkiyəli müğənni Sərdar Ortaç vəsiyyətini açıqlayıb.
 
Sfera.az bildirir ki, ifaçı bu barədə jurnalistlərə danışarkən deyib.  "Mən hələ vəsiyyətimi yazmamışam, amma indi demək istəyirəm ki, vəkillərim də bilsin”, deyə Ortaç bildirib. 

O, fikirlərini bu cür davam etdirib:

"40  milyon lirəlik bir evim var. Mən vəfat etdikdən sonra qardaşlarım, bütün çalışanlarım və orkestrama evin satışından hissələrin paylanmasını istəyirəm. Bir qismin isə "Mehmetçik” vəqfinə, o cümlədən şəhidlərə verilməli olduğunu düşünürəm”.

Xatırladaq ki, Serdar qumar borcuna görə banka 10 milyon lirə borclanmışdı. Keçmiş həyat yoldaşı Kloeyə isə 600 min lirəlik borcu var idi. Müğənni bu ilin əvvəllərində bütün borclarını ödədiyini açıqlamışdı.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR