Yanvarda iqtisadiyyat 6 faiz böyüyüb

İqtisadiyyat
13:07 / 14.02.2022
782
2022-ci ilin yanvarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 9,26 milyard manata yüksəlib.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə ÜDM istehsalı real göstəricilər əsas götürdükdə 5,8 faiz, nominal qiymətlərlə isə 48 faiz artıb.
ÜDM istehsalı neft-qaz sektorunda 0,6 faiz, qeyri neft-qaz sektorunda 8,8 faiz artıb.
İstehsalın böyük hissəsi sənayedə olub. Burada cəmi istehsalın 54,4 faizi həyata keçirilib.
Yanvarda əhalinin hər nəfərinə düşən ÜDM-nin məbləği 922,2 manata bərabər olub.
Vasif
Sfera.az