Necati Şaşmaz yeni serial müjdəsi verdi: ssenarini özü yazır

12:50 / 14.02.2022
791
"Kurtlar Vadisi” serialındakı Polat Alemdar rolu ilə yaddaşlarda qalan Necati Şaşmaz tamaşaçıları sevindirəcək xəbər paylaşıb.
Sfera.az bildirir ki, "İbo Show” verilişində qonaq olan Şaşmaz yeni serial proyektindən söz açıb. Alemdar rolundan sonra ekranlardan uzaqlaşan aktyor sözlərini bu cür ifadə edib: "Bir platformada sevənlərimlə görüşməyi düşünürəm. Ssenarini isə mən yazıram”.
Necati Şaşmaz veriliş zamanı, həmçinin İbrahim Tatlıseslə "Dağlar dağımdır mənim” adlı xalq musiqisini də ifa edib.
Türkan
Sfera.az