“Brent” neftinin qiyməti 100 doları ötəcək

“Brent” neftinin qiyməti 100 doları ötəcək
Bu gün Asiya birjalarında Rusiyanın Ukraynanı işğal edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda neft bahalaşıb və qiymətlər son 7 ilin ən yüksək səviyyəsinə çatıb. Birjalarda formalaşan gözləntiyə görə, işğal olacağı təqdirdə ABŞ və Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər ki, bu da ölkədən neft ixracının azalmasına və nəticədə bazarlarda neft çatışmazlığının dərinləşməsinə səbəb olacaq. Təklifin az olduğu indiki vəziyyətdə Rusiyanın ixracı da azaltması qiymət artımlarına əlavə təzyiq yaradacaq.

Sfera.az xəbər verir ki, bu narahatçılıqla əlaqədar bu gün birjalar açılanda "Brent” neftinin qiyməti 2014-cü ildən bəri ilk dəfə olaraq 96 dollara yüksəlib.
Bazar günü ABŞ-ın Rusiyanın istənilən vaxt Ukraynanı işğal edə biləcəyi və hücum üçün təəccüblü bəhanə yarada biləcəyi xəbərdarlığı ilə bağlı bəyanatlar dünya maliyyə bazarlarını silkələdi. Analitiklər əmindir ki, hərbi əməliyyat baş verərsə, "Brent” neftinin qiymətinin 100 dolları keçməsində maneə olmayacaq.
"JP Morgan” analitikləri isə hesab edir ki, bütün risklər nəzərə alındığında "Brent” neftinin qiymətinin 125 dollara çatması da realdır.

Neft qiymətlərinin yüksəlməsi Azərbaycanın ixrac etdiyi nefti də bahalaşdırır. Son məlumata görə Azərbaycanın ixrac etdiyi neftin qiyməti 98,75 dollar olub. "Brent” neftinin bahalaşması Azərbaycan neftinin dəyərinin daha çox yüksəlməsinə şərait yaradır.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...