COVID-19-a görə bağlanan daha iki məktəb əyani tədrisə qayıtdı

Təhsil
10:47 / 14.02.2022
533
Bakıda koronavirusa görə distant tədrisə keçən 287 nömrəli "Zəkalar" liseyi və 320 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Bu barədə Sfera.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.