“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə!

“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə!

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, "Qırmızı Ürəklər” ("Red Hearts”) Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək, tələbələr üçün sosial aksiya həyata keçirdi. Bununla bağlı 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ərəfəsində Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində tədbir həyata keçirildi.


 

Tədbir zamanı universitetin kitabxanasına biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur "Campbell Biologiya” kitabı təqdim edildi. "Habitat Tərcümə Layihəsi” çərçivəsində tərcümə edilən və Fond tərəfindən nəşr olunan "Campbell Biologiya” kitabını universitetin müəllim və tələbələri istifadə edə biləcəklər.

 

 

Mərasimdə "Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, universitetin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov, molekulyar mikrobioloq, genetik, "Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev iştirak və çıxış etdilər. Təqdimat zamanı qəbul imtahanlarında yüksək bal toplayan 4 tələbəyə kitablar və Fond tərəfindən hədiyyələr təqdim edildi.

 

 

"Bu kitab biologiyanın tədris proqramına daxil olduğu bütün ixtisaslarda geniş istifadə olunur. Layihə çərçivəsində kitabın Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulub. "Campbell Biologiya” indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunub. Çox qürurverici haldır ki, bizim gənc alimlərimiz biologiya sahəsində olan biliklərə ana dilimizdə yiyələnə biləcəklər. Əminəm ki, kitab ölkəmizdə biologiya elminə maraq göstərən hər kəsə fayda gətirəcək”, - deyə, "Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi.


 

Qeyd edək ki, "Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...