Rusiya faizləri artırdı

İqtisadiyyat
16:50 / 11.02.2022
784
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 8,5%-dən 9,5%-ə qaldırıb.
Sfera.az xəbər verir ki, artımdan sonrakı səviyyə 2017-ci ilin yazından bəri ən yüksək səviyyədir.
Rusiya Mərkəzi Bankı artıq bir ildir ki, faizləri artırır. Artım 2021-ci ilin aprelindən başlayıb və bu müddətdə uçot dərəcəsi 4,25%-dən 9,5%-ə yüksəlib.
Rusiya bankının bugünkü qərarı bazar gözləntiləri ilə üst-üstə düşüb. Ekspertlər bu addımın əsas səbəbini yüksək inflyasiyanın davam etməsi ilə əlaqələndiriblər.
Rusiya Federal Statistika Xidmətinin (Rosstat) məlumatına görə, inflyasiya 2021-ci ilin dekabrındakı 8,4%-dən 2022-ci ilin yanvarında 8,7%-ə yüksəlib. Bu səviyyə son altı ilin rekordudur.
Vasif
Sfera.az