Aliment ödəməyən məşhur aktyor barədə həbs qərarı verildi

Maqazin
16:36 / 11.02.2022
555
"Dikkat bebek var" serialı ilə tanınan türkiyəli aktyor Kaan Girgin həbs olunub.
Sfera.az bildirir ki, buna səbəb onun keçmiş həyat yoldaşına aliment ödəməməsi olub. Belə ki, 13 il əvvəl həkim Seran Göçerdən ayrılan Girginin məhkəmənin müəyyən etdiyi alimenti vermədiyi ortaya çıxıb. İstanbul İcra Cəza məhkəməsi təqsirləndirilən aktyorun aliment müddəalarına əməl etmədiyi üçün, 3 ay sınaq müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Seranın vəkili Özlem Yazıcıoğlu, "Kaan Girgin övladına 200 min lirədən çox məbləğ borcludur”, - deyə bildirib.
Xatırladaq ki, cütlük 2008-ci ildə nikah masasına oturmuş və 3 ildən sonra boşanmışdı. Onların bu evlilikdən 14 yaşlı bir övladı var.
Türkan
Sfera.az