Dövlət Ehtiyatları Agentliyi hansı məhsulların bahalaşmasının qarşısını alacaq?

İqtisadiyyat
14:56 / 11.02.2022
661
Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən
Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsində strateji əhəmiyyətli mallarda
qiymət artımının qarşısının alınacağı öz əksini tapıb.
Sənəddə Agentliyin fəaliyyət istiqamətləri
sırasına ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin
edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin
qarşısının alınması istiqamətində tədbirlər görmək daxil edilib.
Maraqlıdır, sözügedən qurum süni qiymət artımının
tam mənası ilə qarşısını ala biləcəkmi? Strateji əhəmiyyətli mallar dedikdə,
konkret olaraq hansı məhsullarda bahalaşmanın qarşısı alına bilər?
Məsələ ilə bağlı Sfera.az-a danışan iqtisadçı
ekspert Pərviz Heydərov agentliyin zəruri ərzaq məhsullarının qiymətinin
bahalaşmasına qarşı fəaliyyət göstərəcəyini deyib:
"Pandemiya şəraiti və ondan sonra yaranan şərait
yeni tələblər ortaya çıxarıb. İndi demək olar bütün ölkələr iqtisadi siyasətlərini
özlərinin birinci növbədə ərzaq, energetika, maliyyə və sair təhlükəsizliklərinin
təmin edilməsi üzərində qurmağa çalışırlar. Bu da təsadüfi deyil. Artıq iki ildən
çoxdur ki qlobal bahalaşma və ən zəruri istehlak, hətta qida məhsulları üzrə kəskin
defisit meyllərinin yaranması göz qarşısındadır. Bundan sığortalanmaq lazımdır.
Daxili istehsal və bazar qorunmalıdır.
Makroiqtisadi sabitlik davamlı xarakter daşımalıdır. Strateji əhəmiyyətli
mallar - ən zəruri qida məhsullarıdır, ərzaqlıq buğda - un və sair üzrə tələbatın
davamlı və sabit şəkildə ödənişini təmin etmək tələb olunmaqdadır. Biri var ki,
süni qiymət artımına qarşı inzibati metodlarla mübarizə aparasan, bir də var bu
sahədə real iqtisadi əsaslarla - süni və yaxud ümumiyyətlə, defisitə və
bahalaşmaya aparan yollara qarşı siyasət yürüdəsən. Bu mənada Dövlət Ehtiyatları
Agentliyinin yaradılmasına və qeyd etdiyim məsələlər üzrə ayrıca cavabdehlik
daşıyan bir qurumun mövcud olaraq fəaliyyət göstərməsinə ehtiyac var idi”.
Ekspert Agentliyin ümumi fəaliyyəti haqqqında
da danışıb:
Əzizə Zeynal