Türkiyədə bütün gəmilərə atəş əmri verildi

Türkiyədə bütün gəmilərə atəş əmri verildi

 

FETÖ istintaqı çərçivəsində həbs edilən Sahil Təhlükəsizlik, Mərmərə və Boğazlar komandiri, polkovnik Yavuz Geçimin ifadəsi yayılıb.

Sfera.az axar.az-a istinadən bildirir ki, polkovnik 15 iyul çevrilişə cəhd zamanı bütün gəmilərdən atəş açılması əmrinin verildiyini etiraf edib:
 
"Sahil Təhlükəsizlik komandanı, general Hakan Üstəm mənə Türkiyə Silahlı Qüvvələrində nəzarətin ələ keçirildiyini və yazılı əmr gəldiyini dedi. Gecə 03.00-də Sahil Təhlükəsizlik Komandanlığının əməliyyat rəisi, polkovnik Süleyman Yarayan mənə zəng etdi və komandanlığın əmrindəki bütün gəmilərin olduğu yerdə, sağa, sola və havaya atəş açılması əmrinin verildiyini dedi. Dəhşətə gəldim və əmri yerinə yetirmədim. Bundan sonra Ankaradan bütün gəmilərə tək-tək göstəriş verilib".
 
Ankaradan gələn əmrin yerinə yetirilməməsi üçün əlindən gələni etdiyini deyən polkovnik daha sonra vəzifədən uzaqlaşdırılıb:
 
"Əmrin yerinə yetirilməməsi üçün təkrar təlimat verdim. Bu dəfə limanlarda gözləyən gəmilərin xidmət bölgəsinə göndərilməsi əmri verildi. Bu tapşırığı da yerinə yetirmədim. Bundan sonra Sahil Təhlükəsizlik Komandanlığı yazılı olaraq gəmilərin idarəçiliyini əlimdən aldı".
 
Yavuz Geçim çevrilişə cəhd edən hərbçilər arasında omadığını iddia edib:
 
"Xidmət etdiyim dövrdə qeyri-qanuni heç bir təşkilata daxil olmamışam. Ancaq vəzifəmi yerinə yetirdiyim dövrdə münasibətdə olduğum bəzi adamların bu qrupun üzvü olduğunu hesab edirəm. Bunu ancaq indi dərk edirəm".


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...