FED faizləri aqressiv şəkildə artıracaq

FED faizləri aqressiv şəkildə artıracaq
Bu ilin yanvarında ABŞ-da illik inflyasiyanın 7,5 faiz səviyyəsinə yüksəlməsi diqqətləri FED-ə yönəldib.
 
Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, artıq investorlar, şirkətlər, maliyyə qurumları FED-in faizləri artacağına tam əmindirlər.

Lakin indi əsas məsələ ABŞ üçün olduqca yüksək olan inflyasiya şəraitində FED-in hansı sürətlə faizləri artıracağıdır. Bəzi maliyyəçilər FED-in daha çox, amma kiçik artımlarla faizləri dəyişdirəcəyini güman edir. Amma yüksək inflyasiya şəraitində bunun səmərəli olmayacağını düşünənlər də var. Onların fikrincə, FED bir neçə qərarla böyük artımlar hesabına faizləri qaldırmalıdır.

Sent-Luisdəki FED-in icraçı direktoru Ceyms Bullard son 40 ilin ən yüksək inflyasiya səviyyəsinə cavab olaraq FED-in 1 iyul 2022-ci ilə qədər faiz dərəcələrini 100 baza bəndi artırmalı olduğunu açıqlayıb. O hesab edir ki, qeyd edilən tarixə qədər 3 toplantı keçirərək faizləri 1-1,25 səviyyəsinə qaldırmaq lazımdır. Bununla bərabər o, ikinci rübdən etibarən FED-in balansını kiçiltməyi və daha sonra cari məlumatlara əsaslanaraq ikinci yarıda faiz dərəcələrini təyin etməyi məqsədə uyğun hesab edir: 

"Son 40 ilin ən yüksək inflyasiyasına sahibik. Hesab edirəm ki, məlumatlara qarşı daha çevik və daha reaktiv olmalıyıq".

Dünyanın ən böyük banklarından olan "Goldman Sachs” proqnozlaşdırır ki, inflyasiyanın artması səbəbindən FED bu il 7 dəfə faizlərə baxacaq. Bankın iqtisadçıları güman edir ki, FED hər toplantısında faizləri 0,25 bənd artıraraq 2022-ci ilin sonunda 1,75-2 faiz səviyyəsinə çatdıracaq.

Almaniyanın ən böyük bankı olan "Deutsche Bank” da düşünür ki, bu il FED aqressiv faiz artımı həyata keçirəcək. Alman bankı faizlərin yalnız martda 50 bənd artırılacağını proqnozlaşdırır.

Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...