"Tələbələr onsuz da distant təhsilə öyrəşiblər…” - Tətil müddəti uzadılır?

Azərbaycanda ali məktəblərdə qış tətilinin 10 gün uzadılması təklif edilib. 

Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Deputat koronavirusun "Omikron" ştammına kütləvi yoluxmanın pik həddə çatdığını və az vaxtda çoxlu sayda insanların yoluxduğunu əsas gətirərək, lokal qapanmaları effektiv hesab edib.

Maraqlıdır, indiki məqamda ali məktəblərdə tətil müddətinin uzadılması tədrisə necə təsir edə bilər?

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Gundem.az-a danışan təhsil eksperti Elvin Bədirli ali məktəblərdə tətil müddətinin uzadılmasının tədris sisteminə təsir etməyəcəyinni deyib:

"Tətil müddətinin azaldılmasının səbəbi dərslərin sentyabrda öz vaxtında başlanmamasıdır. Lakin, qış tətil müddətinin azaldılması virusun yayılmasının sürətlənməsi və yoluxma saylarının artması ilə eyni zamana düşdü. Onsuz da iki ildir ki, pandemiya səbəbindən dərslərin də, dərsə davamiyyətində və keyfiyyətində ciddi problemlər yaranıb. 

İnsan sağlığının ən önəmli olması səbəbindən, xüsusilə virusun yeni ştamının uşaqlar arasında sürətli yayılmasına görə, tətil müddətinin uzadılması ən doğru addım olmuş olardı. Bu həm şagirdlərin sağlığını təmin edərdi, həm də bir həftəlik dərslərin onlayn keçirilməsi dərs keyfiyyətinə əsaslı təsir göstərməmiş olardı”,-deyə ekspert vurğulayıb.

OXŞAR XƏBƏRLƏR