"Kurtlar Vadisinin" aktyoru kafedə müştərilərə bıçaqla hücum etdi - FOTO

"Kurtlar Vadisi”ndə canlandırdığı obrazla tanınan Bahadır Ünlü son addımı ilə səs-küyə səbəb olub.
 
Sfera.az bildirir ki, aktyor Beyoğlunda həyat yoldaşının işlətdiyi kafedə müştərilərə bıçaqla hücum edib. İddialara görə, məkana gələn müştərilərlə həyat yoldaşı arasında çıxan mübahisədən sonra Ünlü də hadisəyə qarışıb. O, əlinə bıçaq alaraq sözügedən şəxslərə tərəf gedib və bıçağın sapıyla onların başına dəfələrlə vurub. Müştəri olayla bağlı şikayətçi olmasa da, Bahadır Ünlü görüntüləri sosial media hesabından paylaşıb, ardınca polis tərəfindən nəzarətə alınıb. 
Məlumata görə, aktyor sorğu-sual ediləndən sonra sərbəst buraxılıb. Digər tərəfdən ötən il yaşanan başqa bir hadisədə Ünlü həyat yoldaşının kafesindəki yeməyi bəyənməyən bir müştərini də sosial media hesabından təhdid etmişdi. "Kafe həyat yoldaşımındır, ora mənim namusumdur. Sənin başına oyun açaram!”, - deyə bildirən Bahadır haqqında dava açılmışdı.

Qeyd edək ki, aktyorluq karyerasına 2003-cü ildə başlayan Bahadır Ünlü "Kurtlar Vadisi” ilə yanaşı, "Muhteşem Yüzyıl”, "Şefkat Tepe”, "20 Dakika”, "Bizim Okul”, "Çukur” və "Ramo” kimi seriallarda da rol alıb.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR