Deputat Ağalar Vəliyev Pişik Günelə ev bağışlayıb?- Müğənni cavab verdi

Deputat Ağalar Vəliyev Pişik Günelə ev bağışlayıb?-  Müğənni cavab verdi
"Saytlara qalsa, mən milyonçuyam. Belə də əgər mənə ev verilibsə, ünvanı deyin gedim baxım görüm necə evdi?"

Sfera.az bildirir ki, bunu tanınmış müğənni Günel Ələkbərova ona deputat Ağalar Vəliyevin ev hədiyyə etməsi xəbərinə münasibət bildirərkən deyib. O "tiktok"da jurnalist Məhəmmədəli Qəriblinin məsələ ilə bağlı sualına belə cavab verib: "Bəlkə də 8 marta mənə sürpriz hazırlayırdılar, jurnalistlər bu sürprizi pozdu".

Müğənni hazırda "Kristal Abşeron"da yaşadığını da bildirib: "Hazırda Biləcəridə yerləşən "Kristal Abşeron"da yaşayıram, ancaq bu evi heç kim mənə hədiyyə etməyib, özüm almışam. 24 min manat da borcum qalıb, ipoteka ilə ödəyirəm".
 


OXŞAR XƏBƏRLƏR