İpoteka kreditini əsasən yüksək gəliri olanlar alır - STATİSTİKA

İpoteka kreditini əsasən yüksək gəliri olanlar alır - STATİSTİKA
Azərbaycanda dövlət vəsaiti hesabına 2007-2021-ci illərdə 12 531 ədəd güzəştli ipoteka krediti verilib. Verilən kreditlərin ümumi həcmi 647 milyon manat, bir kredit üzrə ayrılan vəsaitin orta həcmi isə 51 632 manat təşkil edib.
 
Sfera.az xəbər verir ki, güzəştli kreditlər dövlət vəsaiti hesabına verilən ipoteka kreditlərinin 32,41 faizini təşkil edib.

Azərbaycanda dövlət vəsaiti hesabına 2007-ci ildən güzəştli ipoteka krediti ayrılır. Həmin tarixdə 2 milyon manat həcmində güzəştli kredit verilib və onun ipoteka kreditlərində payı 4,26 faiz olub. Zamanla güzəştli kreditlərin həcmi daha sürətlə artdığından ipoteka kreditlərinin də payı yüksəlib. Güzəştli kreditlərin ümumi məbləği 2012-ci ildə 47 milyon manata, payı 13,66 faizə, 2016-cı ildə məbləği 196 milyon manata, payı 27,8 faizə, 2020-ci ildə məbləği 545 milyon manata, payı 33,2 faizə çatıb.

Ötən il adi kreditlər daha çox verildiyinə görə güzəştli kreditlərin payı bir qədər azalaraq 32,4 faizə düşüb.

Qeyd edək ki, güzəştli kreditlər üçün vəsait dövlət büdcəsindən ayrılır, adi kreditlər üçün vəsait isə güzəştli kreditlərin geri qaytarılan hissəsi, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun borclanması hesabına təmin edilir.

Güəştli kreditlər üçün 2021-ci ildə 80 milyon manat ayrılmışdısa, 2022-ci ildə 95 milyon manatın ayrılması nəzərdə tutulub. Bunun hesabına cari ildə daha çox güzəştli kreditin verilməsi gözlənilir.

Rəsmi məlumatlara əsasən, bu ilin əvvəlinə qədər 12 531 ədəd güzəştli ipoteka krediti ayrılıb. Yalnız 2021-ci ildə 1892 ədəd güzəştli kredit verilib.
Güzəştli ipoteka kreditlərini əsasən hərbçilər alır. Onlar indiyə qədər 7 308 kredit alıb ki, bu da cəmi güzəştli kreditlərin 58,3 faizini təşkil edir.
Dövlət qulluqçuları 1 955 ədəd (15,6 faiz), dövlət idarəetmə orqanlarında çalışan xüsusi rütbəli şəxslər 1 090 ədəd (8,7 faiz), məcburi köçkünlər 912 ədəd (7,28 faiz), müəllimlər 723 ədəd (5,77 faiz) güzəştli kredit alıb.

Bu ildən güzəştli kredit almaq hüququ olanlar arasına jurnalistlər də qatılıb və 2022-ci ilin statistikasında güzəştli ipoteka krediti alanlar arasında jurnalistlər də olacaq.

Amma onu da bildirək ki, ipoteka krediti almaq üçün aylıq rəsmi gəlirin yüksək olması vacibdir. İpoteka kreditləri haqqında ümumi məlumatlara görə kreditlərin çoxunu aylıq gəliri orta əməkhaqqından yüksək olan şəxslər və ya ailələr alıb. Aylıq gəliri 1100 manatdan çox olan şəxslər cəmi kreditlərin 59,5 faizini alıb. Cəmi kreditlərin 13,8 faizini 900-1100 manat, borcalanların 14,3 faizini 700-900 manat alanlar təşkil edib. Bu gəlir kateqoriyası olanlar cəmi kreditlərin 87 faizini əldə edib.

Vasif    
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...