"Sihirli Annem" serialının ulduzu boşanır - FOTO

11:08 / 10.02.2022
444
Bir zamanlar izlənmə rekordu qıran "Sihirli Annem” serialında "Ceren” obrazını canlandıran, aktrisa Gizem Güven evliliyini bitirir.
Sfera.az bildirir ki, bu barədə aktrisa özü məlumat verib. O, 17 aydır evli olduğu futbolçu həyat yoldaşı ilə ortaq qərar verdiklərini açıqlayıb. Gizem fikirlərini bu cür ifadə edib:
"Bir müddətdir evliliyimizlə bağlı yaşadığımız fikir ayrılıqlarını həll etməyə çalışırdıq. Qarşılıqlı anlaşaraq, hörmət çərçivəsində ayrılmaq qərarı aldıq. Evliliyimizi bitirsək də, keçmişimizə və bir-birimizə olan hörmətimiz sonsuz qalacaq. Ona görə də biz və ailəmiz bu mərhələnin öhdəsindən gəldiyimiz zaman, sizdən də həssasiyyət istəyirik. O cümlədən özəl həyatımıza hörmət göstərməyinizi gözləyirik”.
Qeyd edək ki, Gizem Güven 2020-ci ildə 10 illik sevgilisi Caner Turpla ailə həyatı qurmuşdu.
Türkan
Sfera.az