Bir çox məhsulun istehsalında artım tempi sürətlənib

İqtisadiyyat
15:22 / 09.02.2022
563
"Azərbaycanda sənaye potensialının gücləndirilməsinə yönəlmiş tədbirlər müsbət nəticələr verir. 2021-ci ildə emal sənayesində bir çox məhsulun istehsalında artım tempi sürətlənib”.
Sfera.az xəbər verir ki, bu haqda açıqlamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov verib.
Nazir bildirib ki, ötən il emal sənayesində ən böyük artıma tikinti materiallarının istehsalı sahəsində nail olunub. Burada istehsal 80,6 faiz artıb.
Tütün məmulatları və əczaçılıq məhsulları istehsalı sahələrində artım 50 faizi ötüb. Bu sahələrdə müvafiq qaydada 54 faiz və 58,3 faiz artım əldə edilib.
İstehsalda böyük artıma nail olunan daha bir sahə maşın və avadanlıqların quraşdırılması və təmiri sahələridir. Bu sahədə 46,7 faiz artım qeydə alınıb.
Digər sahələrdən 7-də artım 20-30 faiz səviyyəsində, 6 sahədə isə 10-20 faiz səviyyəsində olub.
Vasif
Sfera.az