Səhnəyə çıxarkən yıxıldı, heç nə olmamış kimi konsertə davam etdi - FOTOLAR

Səhnəyə çıxarkən yıxıldı, heç nə olmamış kimi konsertə davam etdi - FOTOLAR
Məşhur ingilis müğənni Enn Marinin son görüntüləri müzakirələrə səbəb olub. 
 
Sfera.az bildirir ki, Londondakı "Brit” mükafatları tədbirində səhnəyə çıxan ifaçının başına iş gəlib. Belə ki, xüsusi xareoqrafiya ilə sevənlərinin qarşısına çıxmağa hazırlaşan Mari pilləkənlərdən enərkən müvazinətini itirib və yıxılıb. Buna rəğmən, ifasına davam edən ulduz heç bir şey olmamış kimi konsertini tamamlayıb.

Hadisədən sonra "Twitter” hesabından yumoristik paylaşım edən Enn bunları qeyd edib: "Onsuz da sol biləyimə ehtiyacım yox idi”. İzləyiciləri həmin paylaşıma müsbət reaksiya verərək müğənniyə dəstək olublar.

Türkan
Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR