Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi” - VIDEO

Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi” - VIDEO
Türkiyə prezidenti qiyam gecəsi baş verənlərdən danışdı
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "ATV”nin "A-haber” proqramında qonaq olub.

"Qafqazinfo”nun türk mətbuatına istinadən verdiyi məlumata görə, 15 iyulda çevrilişə cəhd prosesindən sonra ilk dəfə telekanallardan birində qonaq olan prezident "Sabah” qəzetinin yazarları Melih Altıntokla Hilal Kaplanın suallarını cavablandırıb və qiyam gecəsi baş verənləri danışıb.

Türkiyə lideri 15 iyul gecəsində Avropa liderlərindən ona çoxsaylı zənglər gəldiyini bildirib.

"Mənimlə ilk əlaqə saxlayan Qətər əmiri oldu. O, bir dəfə deyil, dəfələrlə mənə, enerji və təbii ehtiyatlar nazirinə zəng edərək kömək təklif etdi. İkinci gün Rusiya prezidenti Vladimir Putin, daha sonra ABŞ lideri Barak Obama mənlə telefon əlaqəsi saxladı. Avropa ölkələrindən bəzi liderlər zəng etdi. Lakin zəng edənlər ancaq bunu deyirdilər: "Sizi qiyama qarşı apardığınız mübarizəyə görə təbrik edirik”. Lakin o prezidentlərin heç biri əziyyət çəkib Türkiyəyə gəlmədi, nə də ki, hər hansı nazirini, rəsmi nümayəndəsini bura göndərmədi”.

Qeyd edək ki, Ərdoğanın qatıldığı proqram reytinq sırasında birinci olub.

 

Paylaş:

OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...