Azərbaycan Türkiyəyə təcili qaz nəqlinə başlayıb

11:54 / 09.02.2022
538
Azərbaycan Türkiyə hökumətinin sifarişi ilə 170 milyon kubmetr təcili qaz tədarük etməyə başlayıb.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, Azərbaycan Türkiyəyə yanvarın son həftəsində başlayaraq sutkada 5 milyon kubmetr həcmində əlavə qaz verir. Təcili qaz nəqli fevralın sonunadək davam edəcək.
Qeyd edək ki, Türkiyəyə 3 ən böyük təbii qaz tədarükçüsündən biri olan İranın yanvarda texniki nasazlıq barədə məlumat verərək Türkiyəyə qaz axınını 10 gün müddətinə kəsdikdən sonra BOTAŞ elektrik stansiyalarına və iri istehlakçılara qaz verilişinə məhdudiyyət tətbiq etmişdi.
BOTAŞ əlavə qaz idxalı hesabına 8 fevral tarixindən etibarən sənaye obyektlərinə tətbiq edilən qaz məhdudiyyətini ləğv edib.
Vasif
Sfera.az