Mikayıl Cabbarov AÇIQLADI: Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

İqtisadiyyat
11:27 / 09.02.2022
535
2021-ci ildə aktiv vergi ödəyicilərinin sayı 8%-dək artaraq 665 mini ötüb.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.
Nazirin açıqladığı məlumatda qeyd edilir ki, aktiv vergi ödəyicilərinin 564,5 mini fiziki şəxslər, 100,64 mini hüquqi şəxslərdir. Ötən bir ildə aktiv vergi ödəyicisi olan hüquqi şəxslərin sayı 10 mindən çox və ya 11 faiz, fiziki şəxslərin sayı isə 38,6 mindən çox, yaxud 7,4 faiz artıb.
Müqayisə üçün bildirək ki, 2017-ci ildə aktiv vergi ödəyicilərinin sayı 392,8 min idi. Son 5 il ərzində onların sayında 272,3 min, yəni 69,3 faiz artım baş verib. Ən böyük artım hüquqi şəxslərin sayında qeydə alınıb. Aktiv şəkildə vergi ödəyən hüquqi şəxslərin sayı 75 faizə yaxın artıb.
Vasif
Sfera.az