Alişan boşanacağı ilə bağlı yayılan xəbərlərə əsəbləşdi

Maqazin
11:10 / 09.02.2022
553
Türkiyəli məşhur müğənni Alişan bir neçə gündür müzakirə obyektinə çevrilən boşanma iddiaları ilə bağlı ilk dəfə danışıb.
Sfera.az bildirir ki, ifaçı sosial media hesabından yayılan məlumatlara üsyan edib. Evliliklərində problem yaşadıqlarını, amma hazırda boşanma iddiasının həqiqəti ifadə etmədiyini söyləyən Alişan fikirlərinə bu cür davam edib:
"Hər gün göz yaşı axıdan anamı, həyat yoldaşımı, rəhmətli qardaşımın həyat yoldaşını, uşaqlarımı rahat buraxın! İddia ərizəsi məhkəməyə təqdim edilibmiş, qərarlar alınıbmış. Yox o haqlı imiş, yox bu haqlı imiş. Qardaşımın itkisinin kədərini yaşayırıq, hələ təzə-təzə özümüzü ələ alırıq. Hər ailədə problem olur. Biz qərar versək, açıq deyərik. Amma xahiş edirəm, bizim adımıza qərar verməyin! Nə olar, ssenarilər yazıb şərhlər bildirməyin, bizi bizə buraxın”.
Evlilik üzüyünü çıxaran və Alişanla evlərini ayırdığı irəli sürülən Buse Varoldan isə heç bir açıqlama gəlməyib.
Qeyd edək ki, Alişan və Buse 2018-ci ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Burak və Eliz adlı iki övladı var.
Türkan
Sfera.az