Türkiyədə “İncirlik” hərbi bazası mühasirəyə alınıb – FOTO

Türkiyədə “İncirlik” hərbi bazası mühasirəyə alınıb – FOTO
Türkiyənin Adana vilayətindəki NATO-nun istifadəsində olan "İncirlik” hərbi-hava bazası ölkənin güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. 

Oxu.Az-ın Hurriyet qəzetinə istinadən verdiyi xəbərə görə, hərbi obyektin giriş-çıxışı yerli vaxtla 23.00-da bloklanıb. Hazırda aviabaza güc strukturlarının 7 minədək əməkdaşları tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb. 

Türkiyənin Avropa məsələləri üzrə naziri Ömər Çelik "Twitter” səhifəsində bildirib ki, aviabazada təhlükəsizlik sistemlərinin yoxlanışı həyata keçirilib: "Mən hazırda Adanadayam... Biz təhlükəsizlik sistemlərinin ümumi yoxlanışını həyata keçirdik. Heç bir problem müəyyən edilməyib”, - deyə Çelik qeyd edib. 

"Haber Turk” aviabazanın bloklanmasını ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danfordun bu günə nəzərdə tutulmuş səfəri ilə əlaqələndirib. Onun Ankarada bir sıra ikitərəfli görüşlər keçirəcəyi və "İncirlik” aviabazasında xidmət aparan Amerika hərbçilərinə baş çəkəcəyi nəzərdə tutulub. 

Türkiyə mətbuatı Adanada polisin keçirdiyi əməliyyatın 2 saat yarım davam etdiyini vurğulayıb.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Fətullah Gülənin tərəfdarları Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhd edib.
Türkiyədə

Türkiyədə

Türkiyədə

Türkiyədə

Türkiyədə

Türkiyədə

Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...