“Bakirəlik sağlam nəsil doğmaq üçün vacibdir” - Gülər Əhmədova

“Bakirəlik sağlam nəsil doğmaq üçün vacibdir” - Gülər Əhmədova

Azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın qadınların problemlərinə həsr etdiyi Reflektor (Nikah gecəsi) "bakirəlik testi" layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

BBC-nin Azərbaycan xidmətinin xəbərinə görə, daha öncə də selektiv abortlar, erkən nigahlar kimi mövzulara toxunan fotoqraf bu məsələ barədə regionlarda yaşayan insanlardan eşitdiyini deyir: "Naxçıvan və digər rayonlarda yaşayanlardan eşitdim ki, himenoplastika ilə əlaqədar toy gecəsi oğlanlar qızlara dəfələrlə oturub-durmağı tələb edərək, belə bir test etdirir".

O, izah edir ki, bu testi bəzi kişilər qadının bakirəliyinin himenoplastika ilə bərpa edilib-edilmədiyini yoxlamaq üçün aparırlar.

Sitarə İbrahimova bu layihədə özü qadınların üzləşdiyi bu problemi göstərmək üçün həmin 
obrazda çıxış edib.

BBC-nin bakirəliyin bərpası ilə bağlı hazırladığı araşdırma isə ciddi müzakirələrə səbəb olub.

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, sabiq deputat Gülər Əhmədova da sosial şəbəkədə bu materialın linkini paylaşaraq, öz etirazını belə ifadə edib: "BBC, nəyi təbliğ edirsiniz? Sitarə İbrahimova səhv edir, azərbaycanlı qızları çaşdırmayın! Elm, sübut edir ki, bakirəlik sağlam nəsil doğmaq üçün vacibdir. Bəsdir, bu cavanları aldatdınız!! Bədbəxt etdiniz!! Avropada bunu hamı bilir”.

 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...