ABŞ İranla danışıqlara başladı, neft ucuzlaşdı

ABŞ İranla danışıqlara başladı, neft ucuzlaşdı
Bu gün neft qiymətlərində təxminən 2 faizlik enmə müşahidə olunur.

 

 

Sfera.az xəbər verir ki, "Brent” neftinin qiyməti günə 93 dollarla başlasa da, hazırda 90,7 dollara enib.


 

Neftin ucuzlaşması ABŞ-İran arasında danışıqların keçirilməsi ilə əlaqələndirilir. Danışıqlarda nüvə anlaşmasının yenidən tətbiq edilməsi müzakirə edilir. Əgər razılaşma olarsa, İrana qarşı neft ixracına dair sanksiyalar yumşaldılacaq və İran dünya bazarlarına daha çox neft çıxarda biləcək.


 

Neft bazarının mövcud vəziyyətini şərh edən xarici analitiklər hesab edir ki, qısa müddətdə neft qiymətlərinin enməsi üçün ABŞ-İran nüvə danışıqlarının müsbət nəticələnməsi və Ukrayna böhranının çözülməsi vacibdir. Ekspertlər düşünür ki, hər iki dəyişiklik baş verərsə, neft qiymətlərində ciddi enmə qeydə alınacaq.

 

Lakin əksər mütəxəsislər hər iki nəticənin eyni vaxtda baş verəcəyinə inanmır. Bu cür düşünənlərin fikrincə, ABŞ məhz Ukrayna böhranına görə İrana güzəşt etmək istəyir.


 

ABŞ işğal ehtimalı daxilində Rusiyanı SWIFT sistemindən çıxartmağı düşünür. SWIFT sistemindən çıxarılma Rusiyanın ixracını, o cümlədən neft satışını çətinləşdirəcək.Rusiya dünyada ən çox neft ixrac edən ölkələrdən biri olduğundan onun neft satışının azaltması "qara qızıl”ın dəyərinin kəskin artması ilə nəticələnəcək. Bahalaşma riskini aradan qaldırmaq üçün ABŞ digər iri neft ixracatçısı olan İrana qarşı sanksiyaları azaltmaq istəyir.


 

Mütəxəsislərin qənaətincə, Ukrayna ətrafında gərginlik siyasi razılaşmalar hesabına aradan qalxarsa, ABŞ İrana güzəşt etməyəcək.Ancaq İranla danışıqlarda başqa məqsəd də ola bilər. Son aylarda neft qiymətlərinin davamlı artması və ABŞ-ın bütün cəhdlərinə baxmayaraq qiymətlərin enməməsi İrana ehtiyac yaradıb.

 

 

Birja analitikləri deyir ki, bazarlara əlavə neft həcmləri çıxarılmasa, yəni təklif artmasa, neft qiymətləri 100 dolları da ötəcək. Bunun baş verməsi isə qlobal əmtəə qiymətlərində əlavə artımlar yaradacaq və onsuz da yüksək olan inflyasiya səviyyəsini bir qədər də artıracaq.Buna görə də aparılan danışıqların nəticələri neft qiymətlərinin yönünün müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.


Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...