Azərbaycanda dollara tələb kəskin azalıb – SƏBƏBLƏR

14:45 / 08.02.2022
949
Bu ilin fevralında keçirilən valyuta
hərraclarında dollara tələbdə kəskin azalma müşahidə edilir.
Sfera.az Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, fevralın ilk 8 günündə 3 valyuta hərracı keçirilib və hərraclarda tələb ümumilikdə 151,4 milyon dollar təşkil edib. Bu gün keçirilən hərracda tələb hətta 36,6 milyon dollara enib ki, bu da 2022-ci ildə keçirilən hərraclardakı ən aşağı tələbdir. Digər iki hərracda tələb 64 milyon dollar və 50,8 milyon dollar olmuşdu.
Xatırladaq ki, yanvarda keçirilən hərraclarda tələb güclü idi və ay ərzində ümumilikdə 727 milyon dollar satılmışdı.
Bəs, fevralda keçirilən hərraclarda tələbin davamlı azalması nə ilə bağlıdır?
Tələbin azalmasının bir neçə səbəbi var. Birinci səbəb manatla olan pul bazasının azaldılmasıdır.
2021-ci ilin dekabrında manatla olan pul bazasının həcmi birdən-birə 3,6 milyard manatdan çox artaraq 18 milyard manata çatmışdı. Mərkəzi Bank müxtəlif tədbirlər hesabına manatla olan pul bazasının həcmini yanvarda 14,04 milyard manata qədər azaldıb. Pul kütləsinin azaldılması dollara olan tələbin aşağı düşməsinə səbəb olub.
İkinci səbəb əhalinin ticarət xərclərinin azalmasıdır. Xərclər azalanda mal dövriyyəsi azalır və bu səbəbdən daha az mal idxal edilir. İdxal azalanda xarici valyutaya da tələb azalır.
Qarşıdakı aylarda da xərclər az olacaq. Düzdür, martda əhalinin ticarət xərcləri yenidən artacaq. Amma apreldə xeyli azalacaq, mayda sabitləşəcək. Birinci yarımildə ən yüksək xərc iyunda olacaq.İkinci yarımilin ilk aylarında isə xərclər fevral ayındakı xərc səviyyəsinə enəcək. Yalnız sentyabrdan başlayaraq xərclər artaraq dekabrda ilin ən yüksək səviyyəsinə çatacaq. Buna görə də proqnozlaşdırmaq olar ki, sentyabra qədər dollara tələb yüksək olmayacaq. Yalnız mart və iyun aylarında bir qədər artım ehtimalı var.
Fevralda dollara tələbi azaldan digər səbəb təbii ki, neft qiymətlərinin artması ilə əlaqədar yaranan əminlikdir. Hazırda Azərbaycanın ixrac etdiyi neftin qiyməti 100 dollara çatıb. Bu qiymət səviyyəsi olduqca yüksəkdir və belə yüksək qiymətlə devalvasiya qeyri-realdır. Bunu iş adamlardan sadə vətəndaşlara qədər hamı bilir. Devalvasiyanın olmayacağına dair yaranan əminlik dollarla yığımları azaldır.
Vasif
Sfera.az