“Magistraturaya hazırlaşan bakalavrlara ikinci şans verilməlidir...” – Kamran Əsədov

13:17 / 08.02.2022
973
Magistraturaya qəbul
imtahanının ikinci dəfə keçirilməsi ilə bağlı konkret qərar yoxdur.
Bəzi şəxslər ötən il
sərt karantin zərurəti ilə ikinci imtahanın keçirilməsinin labüd olduğunu deyərək,
bu il yenidən imtahana gərək olmadığını düşünür.
Maraqlıdır, ikinci dəfə
magistr imtahanı keçirilə bilərmi? Bu il üçün yayda bakalavrlara ikinci şansın
verilməsi zəruridirmi?
Mövzu ilə bağlı
Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov fevralın 20-i keçiriləcək
magistr imtahanlarına əksər bakalavrın müraciət etmədiyini və imtahanların erkən
keçirildiyini deyib:
"İlk növbədə qeyd
edim ki, iki ildir ki, pandemiya Azərbaycanda imtahanların keçirilməsinə çox
ciddi təsir göstərib. Həm abituriyentlər, həm də magistraturaya hazırlaşan
bakalavrlar bunun əziyyətini çəkirlər. Öncədən planlaşdırılmış imtahanlar demək
olar ki, vaxtında keçirilmir. Bu il Dövlət İmtahan Mərkəzi fevralın 20-də
magistraturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək. İmtahanların belə
erkən keçirilməsi ilə əlaqədar bakalavrlarımızın çətinlikləri var. Bu baxımdan
onlar ikinci imtahanın keçirilməsinə ümid edirlər”.
Ekspert yay
aylarında mövcud epidemik vəziyyətdən asılı olmayaraq, ikinci imtahanın keçiriləcəyini
bildirib:
Əzizə Zeynal