DİQQƏT: Səhər oyandığınızda bu hallar baş verirsə... - FOTOLAR

DİQQƏT: Səhər oyandığınızda bu hallar baş verirsə... - FOTOLAR
Dr.Batıq Şenbursa qasıq ağrısının səbəbləri və müalicə üsullarından danışdı.
 
Sağlam həyat, məşq və idmanın əhəmiyyəti hər keçən gün bildirildikcə idman zallarına və idman alətlərinə olan maraq da bir o qədər artır. Düzgün aparılan idmanla orqanizminizdə möcüzələr yaradarkən səhv, ya da nəzarətsiz aparılan idman isə ciddi yaralanmalara səbəb olur.
 
Qaçma, futbol, üzgüçülük, at sürmə, gimnastika kimi idman növlərində ən çox istifadə edilən əzələlər qıç içi əzələ qrupudur. Təkrarlı hərəkətlər və məcbur streslər ayaq içində, qasığa yaxın əzələlərdə vətər yaralanmasına səbəb olur. "Adduktor tendinit" və ya "qasıq ağrısı" adlanan bu yara həddən artıq idman və ya nəzarətsiz hərəkətlər nəticəsində yaranır.
 
Səhərlər qasıq bölgəsindəki bərklik və ağrı, fəallıq başlanğıcında qasıqda yaranan ağrı ən səciyyəvi tapıntılardır. Gəzinti zamanı qasıqda çəkmə və düşmə hissi, hətta yürüşə mane ola bilən kəskin və batıcı ağrılar ola bilər. Eyni zamanda yaralanan vətərə toxunduqda həssaslıq var.
 
Bəs, qasıq ağrısına səbəb nədir?
 
B.Şenbursa, qasıq ağrısının səbəbləri və müalicə üsulları haqqında mühüm məlumatlar verib:
 
"Daha çox təkrar edilən idmandan yaranan bir ağrıdır. Qasıq ərazisindəki ağrı yalnız ortopedik bir yaralanma kimi düşünülməməlidir. Mütləq bağlı hissələrdə müayinə olunmalıdır. Digər xəstəliklərin müayinə edilməsi ortopedik müayinə patologiyanın müəyyən edilməsini asanlaşdırır. Bəzi adamlarda ayaqlarındakı daxili əzələləri qısadır. Bu əzələ qrupu qısa olan şəxslər tez-tez bardaş qurub otura bilməmələrindən şikayət edirlər. Fizioloji olaraq qısa olan əzələlərin dövranı və qidalanması düzgün və kifayət qədər qüvvəyə malik deyildir. Bu da əzələlərin yaralanmasına səbəb olur. Sağ və sol ayaqlar arasındakı uzunluq fərqi isə tez-tez nəzərdən qaçırılan və qasıq ağrısına yol açan digər bir amildir. İnsan orqanizmi ayaqlar arasındakı uzunluq fərqini 1 sm-ə qədər hər hansı bir problem ortaya çıxmadan tolere edə bilər. Ancaq patoloji vəziyyətlərdə və 1 sm-dən artıq olan fərq nəticəsində bud və ayaq ətrafı əzələlərdəki yük bölgüsü tarazlığı pozulur. Vətərələrə həddindən artıq yük düşür".
 
B.Şenbursa son olaraq bildirib ki, qasıq ağrısı müalicəsi edirsinizsə ən mühüm faktor dincəlməkdir. Yəni etdiyiniz idman hərəkətlərinə ara verməlisiniz.
 
EĞER SABAH KALKTIĞINIZDA BU OLUYORSA.. ÇOK DİKKATLİ OLUN..
 
 
EĞER SABAH KALKTIĞINIZDA BU OLUYORSA.. ÇOK DİKKATLİ OLUN..
 

Sfera.az //
Aytac Salahova



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...