Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq - VİDEO

Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq - VİDEO
Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir. Onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır. 39 min 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir".

Sfera.az xəbər verir ki, bunu Təhsil Tələbə Fondunun icraçı direktoru Araz Paşayev deyib.

Onun sözlərinə görə, indiki qaydalarla sırf ödənişli əsaslarla əyani tədris alan tələbələr təhsil kreditlərindən yararlana bilərlər. İcraçı direktor qeyd edib ki, artıq təhsil tələbə krediti üçün müraciət edən 2 minə yaxın şəxsə müsbət cavab verilib. Tədbirdə yaz semestri üzrə təhsil krediti üçün müraciət tarixi də açıqlanıb.

Araz Paşayev bildirib ki, Sosial təhsil tələbə kreditinin alınması üçün potensial müraciət həcmi 16 min 800 nəfərdir. Onlardan 12000 nəfəri bakalavriat, 1300 nəfəri magistratura, 3500 nəfəri isə subbakalavriat üzrə təhsil alan tələbələrdir. Qeyd edilib ki, I semestr üzrə təhsil krediti üçün müraciətlərin qəbulu fevralın 15-də başa çatacaq.

Yaz semestri üçün kreditlə bağlı müraciətlərin qəbulunun isə fevralın 16-dan etibarən başlanması nəzərdə tutulur.
 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...