"Hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub" - Deputatdan turizmi canlandıracaq tövsiyələr

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə 414,2 min xarici Azərbaycanda hotellərdə gecələyib. Bu əvvəlki il ilə müqayisədə 0.6 faiz azdır.
 
Hotellərdə gecələyən əcnəbilərin 15,5 faizi Türkiyə, 11,0 faizi Rusiya, 9,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,1 faizi Böyük Britaniya, 3,8 faizi İsrail, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi ABŞ, 2,8 faizi İtaliya, 2,7 faizi Almaniya, 2,0 faizi Qətər, 1,9 faizi Hindistan, 1,5 faizi Ukrayna, 1,4 faizi Niderland, 1,2 faizi Qazaxıstan, 1,2 faizi İran,1,1 faizi Belarus, 1,1 faizi Küveyt, 1,0 faizi Gürcüstan, 1,0 faizi Fransa, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı-deputat Vüqar Bayramov qeyd edib ki, burada diqqəti çəkən məqam əcnəbi turistlərin daha çox Bakı şəhərinə üstünlük verməsidir:

"Ötən il ölkəyə gələn turistlərin böyük əksəriyyəti rayonlara səfər etməyərək paytaxtda gecələyiblər. Belə ki, əcnəbilərin 81,1 faizi Bakı,  6,6 faizi Qəbələ, 3,0 faizi Qusar, 2,6 faizi Quba, 1,9 faizi Naftalan, 1,7 faizi Naxçıvan Muxtar Respublikası, 1,6 faizi Şabran, 1,5 faizi isə digər şəhər və rayonlarda yerləşən hotellərdə qalıblar. Bu isə o deməkdir ki, 2021-ci ildə ölkəyə gələn hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var”.

Millət vəkilinin sözlərinə görə, hotellərin fəaliyyəti ilə bağlı digər məqam 2021-ci ildə  gəlirlərinin əvvəlki ilə nisbətən artmasıdır:

"Ötən il mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1 faiz artaraq 209,2 milyon manat olub. Bunun da 59,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Bütövlükdə, 2021-ci ilin yekunları göstərir ki, pandemiya ötən il də turizm sektorunun inkişafına maneə olub. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur.

Bu baxımdan, ölkəyə turistlərin gəlişi ilə bağlı qaydaların mərhələli şəkildə daha da yumşaldılması məqsədəuyğun olardı. Bu ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərər. Bununla belə, 2021-ci ilin son aylarında ölkəyə gələn turistlərin sayının artması bu il Azərbaycana daha çox turistin gələcəyinə inam yaradır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...