Keçmiş nazirdən investorlara XƏBƏRDARLIQ

İqtisadiyyat
11:07 / 07.02.2022
642
ABŞ-ın keçmiş maliyyə naziri Lourens Sammers 2022-ci ildə FED-in hər iclasında faizləri artıra biləcəyini proqnozlaşdırır. O, hesab edir ki, FED bəzi iclaslarda faizləri hətta 25 baza bəndindən də çox artıra bilər.
Sfera.az xəbər verir ki, ABŞ-ın keçmiş maliyyə naziri "Bloomberg”ə verdiyi müsahibədə investorlara FED-in qalan hər iclasda faiz artırma ehtimalına hazır olması barədə xəbərdarlıq edib:
"FED yüksək inflyasiya şəraitində faiz artırmaqda gecikib. Gecikməni aradan qaldırmaq üçün FED faizləri sürətlə artıra bilər və bu prosesə bazarlar hazır olmalıdır”.
Summersə görə, 2022-ci ildə etimadı bərpa etmək üçün FED dörd faiz artımına ehtiyac duyacaq.
Vasif
Sfera.az