Azərbaycanda banan buna görə bahalaşıbmış - Səbəbi bilindi

Azərbaycanda banan buna görə bahalaşıbmış - Səbəbi bilindi
Azərbaycanda bananın qiymətinin artmasının səbəbi məlum olub.
 
Sfera.az Fed.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl ölkədə bananın satış qiyməti kəskin artaraq, 2,1-2,2 manatdan 2,8-3 manata yüksəlib.

Azərbaycana banan əsasən okeanın o tayından - Ekvadordan gətirilir. Banan idxalı ilə məşğul olan şirkətlərdən bildirilib ki, Ekvadorda bananın 1 kiloqramının qiymətində 0,03 dollar (5 qəpik) artım var (FED.az). Bundan başqa, daşıma qiyməti də yüksəlib. 2021-ci ildə bananla yüklənmiş 1 konteynerin daşıma xərci 6 000 dollar olduğu halda, 2022-ci ildən bu qiymət 9 000 dolara yüksəlib. Yəni, hər konteynerin daşınmasında 3 000 dollar fərq yaranıb. Nəticədə bir kiloqram bananın daşıma xərci 0,12 dollar artıb (təqribən 0,20 manat).

Şirkətlərdən bildirilib ki, ölkəyə banan gətirən gəmilərin hərəkətində gecikmələr var:
 
"Əksər şirkətlərin gətirdiyi banan partiyası eyni gəmidə olduğuna görə, qıtlıq hiss olunub. Amma fevralın əvvəlində bütün şirkətlərin malı ölkəyə çatacaq və qiymətlər azalacaq.”

Başqa sözlə, bananı bahalaşdıran 3 səbəbdən 1-i gəmilərin gecikməsi müvəqqətidir və gəmilərin təyinat ölkəsinə çatmasından sonra qiymətlərin enməsinə səbəb olacaq. Bununla yanaşı, digər iki səbəb - bananın və onun daşıma qiymətinin artması müvəqqəti deyil və özünü bundan sonrakı satış qiymətində də göstərəcək.

Bununla yanaşı, idxalçılar və satış şirkətləri bu artımın hiss edilməməsi üçün kampaniyalara başlamağı planlaşdırırlar.



OXŞAR XƏBƏRLƏR

Bu rayonda qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCA...

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq həkimi Asəf Hümbətov vəfat edib. ...

Gəlinlə eyni gəlinlik geyinən qayınana bütün məclisi bərbad etdi - FOTO

Gənc cütlüyün həyatının ən xoşbəxt günü qayınananın davranışı ucbatından qalmaqalla bitib. Qadın mərasimə gəlinin paltarından demək olar ki, fərqlənməyən qar ki...

9 illik münasibətinə son qoyan Keti Perri keçmiş Baş Naziri ilə birlikdə görüntüləndi

Məşhur pop ulduzu Keti Perri ötən gecə Kanadanın baş naziri Castin Trüdo ilə rahat şam yeməyində görüntülənib. Orlando Bloom ilə 9 illik münasibətinə son qoyan ...

Kəlbəcərdə zəlzələ oldu

Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət...

Qurbanov Allahverdi Bağırovun məzarını niyə ziyarət etməyib?

Allahverdi Bağırovun məzarına hələ getməmişəm, çünki sıx qrafikimiz var idi və hazırlığın ən sıx dövrünə təsadüf etdi.   Sfera.az xəbər verir ki, bun...