Neftin qiyməti növbəti həftə 95 dollara çatacaq

Neftin qiyməti növbəti həftə 95 dollara çatacaq
Enerji bazarında fevral ayı yüksək neft qiymətləri ilə başlayıb. "Brent” neftinin qiyməti bu həftənin son iş günündə 93,33 dollara yüksəldikdən sonra bir qədər azalaraq 92,78 dollarda qərarlaşıb. Cümə günü "Brent” nefti 1,83 faiz bahalaşıb.

Neftin dəyəri bu həftə ərzində 3,6 faiz, 2022-ci ilin əvvəlindən isə 16 faiz artıb.

Sfera.az xəbər verir ki, Azərbaycanın ixrac etdiyi neftin qiyməti daha çox yüksəlib. Ölkəmizin satdığı neftin dəyərində artım 21 faizə çatıb. İlin əvvəlində 82 dollara satılan neftin dəyəri cümə günü 99,3 dollara qədər qalxıb.

Neft qiymətlərindəki yüksəlişin nə qədər davam edəcəyi maraq doğurur. Neft bundan sonra nə qədər bahalaşa bilər?

Rusiyanın "Prime” Agentliyinə açıqlama verən "BCS World of Investments”in fond bazarı üzrə eksperti İqor Qalaktionov bildirib ki, bu həftədən aprel ayında çatdırılacaq neftin satışına başlanılıb. Onun müşahidələrinə əsasən, bazarda aktivlik və neftin bahalaşacağına dair gözləntilər hələ də qalır.

O qeyd edib ki, birjalarda neftə güclü tələb var və bu tələbə uyğun təklifi nə ABŞ, nə də OPEC+ istehsalı artırmaqla formalaşdıra bilir: 

"OPEC+ çərçivəsində xammal istehsalçıları 2022-ci ilin mart ayı üçün kvotaları sutkada 400 min barel artıracaqlar. Amma bu artım kifayət etmir. Çünki tələblə təklif arasında böyük fərq yaranıb və bu fərqin qapadılması üçün hasilat daha çox artırılmalıdır. Amma bununla bağlı OPEC+ heç bir tədbir görmür və tədarük çatışmazlığı davam edir”.

Mütəxəssis proqnozlaşdırır ki, birjalarda mövcud olan vəziyyət davam edərsə, növbəti həftədə neft qiymətləri 90-94 dollar intervalında qalacaq. Qalaktionov qiymətlərin həftə ərzində 95 dollara çatmasının real olduğunu deyib.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kolleclərə ixtisas seçimi başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-dən avqustun 7-si saat 23:59-də...

Məşhur türkiyəli müğənniyə ağır İTKİ - FOTO

Türkiyəli məşhur müğənni Ercan Saatçinin ailəsində ağır itki olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial şəbəkə hesa...

Bu rayonda qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCA...

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq həkimi Asəf Hümbətov vəfat edib. ...

Gəlinlə eyni gəlinlik geyinən qayınana bütün məclisi bərbad etdi - FOTO

Gənc cütlüyün həyatının ən xoşbəxt günü qayınananın davranışı ucbatından qalmaqalla bitib. Qadın mərasimə gəlinin paltarından demək olar ki, fərqlənməyən qar ki...

9 illik münasibətinə son qoyan Keti Perri keçmiş Baş Naziri ilə birlikdə görüntüləndi

Məşhur pop ulduzu Keti Perri ötən gecə Kanadanın baş naziri Castin Trüdo ilə rahat şam yeməyində görüntülənib. Orlando Bloom ilə 9 illik münasibətinə son qoyan ...