Pensiyalar kimi müavinətlər də indeksləşdiriləcək? - Bunu zəruri edən amillər

Pensiyalar kimi müavinətlər də indeksləşdiriləcək? - Bunu zəruri edən amillər
"Əmək pensiyaları haqqında” Qanuna əsasən hər il pensiyalar indeksləşdirilir. Bu qayda pensiya alanların gəlirlərinin artırılması baxımından əhəmiyyətlidir. İndeksləşdirmə hesabına pensiyalar hər il artır və bu, qiymət artımları ilə əlaqədar yaranan əlavə xərcləri kompensasiya etməyə imkan yaradır.
 
Sfera.az bildirir ki, belə bir qaydanın tətbiq edilməsi zərurəti pensiyaçıların öz gəlirlərini artırmaq imkanlarının məhdud olması səbəbindən yaranıb. Pensiyaçı yaşının çox olması, əlilliyi və digər səbəbdən məhdud əmək fəaliyyəti imkanına sahib olduğundan gəlirlərini artıra bilmir və buna görə də hər il artan xərcləri kompensasiya etmək üçün pensiyaların da artırılması vacibdir.

Lakin eyni yanaşma yaşa və əlilliyə görə müavinət alanlara aid edilmir, bu səbəbdən həmin şəxslərin artan xərclərini ödəmək imkanı çətinləşir.

Azərbaycanda son illərdə pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır. Yaşa görə müavinət alanların sayı 2017-ci ildə 29,2 min olduğu halda hazırda 120 mindir. Son 4 ildə yaşa görə müavinət alanların sayı 4,1 dəfə və ya 91 min nəfər artıb.

Bu qədər insanın pensiya yaşına çatdıqda pensiya ala bilməməsi ya kifayət qədər pensiya kapitalına, ya da 25 illik sığorta stajına sahib olmamasıdır. Başqa sözlə,  onlar da pensiyaçı ola bilərdilər, lakin yenilənmiş qaydalar həmin şəxslərin pensiya almasının qarşısını kəsib. Buna görə də onlar pensiya yaşına çatdıqda yaşa görə müavinət almaqla kifayətlənirlər.

Yaşa görə müavinət alan insanların hamışı yaşlı şəxslərdir və onların böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul ola bilmir. Deməli, onların yeganə gəlir mənbəyi aldıqları müavinətdir. Müavinət isə pensiyalar kimi hər il artırılmır, yalnız dövlət başçısı fərman imzalandıqda müavinətlərin artımı baş verir.
Bəzən müavinətlərdə 2-3 il artım baş vermir. Amma hər il qiymətlər artdığından müavinətlərin alıcılıq qabiliyyəti zəiləyir. Nəticədə minimim pensiya ilə pensiyaya çıxanların gəliri zamanla müavinətlə gəlir əldə edənlərdən daha böyük olur.

Məsələn, 2019-cu ildən minimum pensiya 200 manata müavinətlər 130 manata çatdırıldı. Hər iki ödənişdə növbəti artım 2022-ci ildən qüvvəyə minib.
2019-cu ildə minimum pensiya ilə müavinət məbləği arasında 70 manat fərq olduğu halda, 2021-ci ilin əvvəlində fərq 130 manata çatıb. Çünki 2020-2021-ci illərdə pensiyalar hər il indeksləşdirilib və nəticədə 2019-cu ildə pensiya çıxanın gəliri 200 manatdan 260 manata qədər artıb.

Prezident fərmanından sonra 2022-ci ildə fərq 80 manata qədər azalacaq. Lakin 2022-ci ildə orta əməkhaqqının kəskin artması baş verəcək və 2023-cü ildən indeksləşdirmə hesabına 260 manat pensiya alanın gəliri 300 manata çatacaq. O zaman pensiya ilə müavinət arasında 100 manatdan çox fərq yaranacaq.

Buna görə də yaxşı olardı ki, hər il pensiyalar kimi yaşa və heç olmasa birinci qrupa görə müavinət alanların müavinət məbləği də indeksləşdirilsin. Bu, müəyyən mənada sosial ədalətsizliyi də aradan qaldırmış olar.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...