Azər Qərib efirə qayıdır

Maqazin
12:48 / 05.02.2022
1116
Tanınmış aparıcı Azər Qərib yenidən efirə qayıdır.
Sfera.az bildirir ki, bu barədə o, özü məlumat verib. Aparıcı bundan sonra AzTV ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
"Sizin çoxsaylı müraciətlərinizi, öz istəyimi və AzTV-nin dəvətini bir araya gətirib efirə qayıtmaq qərarını verdim. Uzun fasilədən sonra sizlərlə yenə də ekranda görüşmək mənə xoş olacaq. Şükürlər olsun ki, sosial şəbəkələr tamaşaçılarla ayrılığa imkan vermirlər, amma istənilən halda, sosial şəbəkələrdə olmayan bir qism var, ələlxüsus bölgələrdə, yaşlı nəslin nümayəndələri... Şadam ki, onlar yenidən mənimlə olacaqlar. Bu gündən etibarən "Oralar” verilişi yenə də sizi salamlayacaq. Sadəcə bəzi qüsurları mənə keçin, yadırğamışam efirdən, amma yavaş-yavaş düzələcək”, - deyə A.Qərib qeyd edib.
Türkan
Sfera.az