Çin qış olimpiadasından 50 milyard dollar qazanacaq

Çin qış olimpiadasından 50 milyard dollar qazanacaq
Fevralın 4-20 tarixlərində Çində keçiriləcək Qış Olimpiya Oyunları iqtisadi ölçüsü ilə də diqqət çəkir. Olimpiadanın təsiri ilə ölkənin qış idman növləri ilə maraqlanan 300 milyondan çox turisti qəbul edəcəyi gözlənilir. Ölkə qış turizmindən 50 milyard dollardan çox gəlir gözləyir.
 
Sfera.az bildirir ki, Beynəlxalq Olimpiya Komitəsinin hesabatına görə, Çinin Qış Olimpiya Oyunları üçün əməliyyat xərcləri 1,56 milyard dollar olacaq. "Bloomberg”in məlumatına görə, bu büdcədəki 1,51 milyard dollarlıq əsaslı xərclərin 65 faizi özəl sektor, qalan hissəsi isə müxtəlif dövlət qurumlarının resursları hesabına maliyyələşdirilib.

İnvestisiyalar qarşısında ölkənin gəlir gözləntiləri yüksək səviyyədədir. Oyunların kassa gəlirlərinin 118 milyon dollara çatacağı gözlənildiyi halda, idman turizminin bütün mövsümdə 50 milyard dollardan çox gəlir gətirəcəyi proqnozlaşdırılır.

Vasif
Sfera.az 

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...