ABB ötən il 800 milyon manata yaxın biznes krediti verdi

ABB ötən il 800 milyon manata yaxın biznes krediti verdi

2021-ci ildə ABB ölkə iqtisadiyyatına 800 milyon manata yaxın biznes krediti ayırıb. O cümlədən kiçik və orta sahibkarlıq layihələrinə 82 milyon manat kredit verib. Kiçik və orta biznesə verilən kreditlərin 56%-i Bakı və Abşeron, 44%-i bölgələrimizdə fəaliyyət göstərən iş adamlarına ayrılıb. Bankın il ərzində maliyyələşdirdiyi kiçik və orta biznes layihələrinin əksəriyyəti istehsalat, kənd təsərrüfatı, nəqliyyat, ticarət və tikinti sahələrinə aiddir. ABB-də hesab açmış hüquqi şəxslərin, eləcə də sahibkar fiziki şəxslərin sayı 2021-ci ildə 103.000-ə çatıb.


Real sektorun inkişafına dəstək verən ABB kiçik və orta sahibkarlara müxtəlif çeşiddə kredit məhsullarını və digər maliyyə xidmətlərini təklif edir. Bu xidmət və məhsullardan Bankın bütün filiallarında faydalanmaq olar. Bank "Sahibkarlar Klubu” vasitəsilə də iş adamlarına müxtəlif imtiyazlar yaradır. Sahibkarların işgüzar platforması olan Klubun hazırda 1000-dən çox üzvü var. Ötən ilin sonunda ABB şirkətlər və sahibkarlar üçün yeni İnternet Bank xidmətini də istifadəyə verib.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...