Həyat yoldaşını huşunu itirənə qədər döydü, sonra selfi çəkdi - FOTO

Həyat yoldaşını huşunu itirənə qədər döydü, sonra selfi çəkdi - FOTO
Keçmiş həyat yoldaşından şiddət görən türkiyəli fenomen İrem Ay məhkəməyə müraciət edib. 
 
Sfera.az bildirir ki, hüquqi prosedurun başladığını açıqlayan fenomen susmayacağını və bundan qorxmadığını deyib. "Mən sussam, "susma və qorxma” dediyim hər qadın susacaq. Qorxmuram. Başqasının başına gələndə səs çıxarmaq asandır, amma öz başına gələndə utanırsan, geri çəkilirsən. Amma sən utanmalı deyilsən. Şiddətin hər formasına etiraz edirəm. Xüsusilə də şiddət göstərib ardınca gülərək selfi çəkdirənlərə… Ağrı  nədir indi başa düşürəm. Ağrı huşunu itirənə qədər döyülmək deyil. Ayaqdakı şüşə kəsiyinə tikiş atdırmaq da deyil. Əsl ağrı  insanın sirrini heç kimə demədən ölməyi arzulamasıdır”, - deyə İrem Ay qeyd edib.

Gənc qadının bacısı Dilan isə yaşanan hadisədən sonra, öz profilindən paylaşımlar edib:

"Bacımı gücsüz və yalnız zənn edib xəstə fikirlərinlə tətbiq etdiyiniz hər davranışın cəzasını məhkəmədə çəkəcəksiniz. Biz yaşadıqlarımızdan utanmırıq”. 
O, həmçinin anasının da 13 il əvvəl cinayətin qurbanı olduğunu vurğulayıb. "Vaxtikən anamı boğaraq öldürən qatili də paylaşmağa utanmışdım. Sanki mənim günahım idi. Artıq heç nədən qorxmuram. Anamı qurban etdim, bacımı etməyəcəyəm”.

Xatırladaq ki, İrem Ay 4 ildir birlikdə yaşadığı keçmiş həyat yoldaşı Berkay S. tərəfindən işgəncəyə məruz qaldığını əks etdirən fotolar paylaşmışdı. Fotolardan birində Berkayın yerdə huşunu itirmiş şəkildə yatan İremin yanında dayanıb selfi çəkdirdiyi görünür. 

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR