Əhali ən az pulu hansı ayda xərcləyir? - STATİSTİKA

Əhali ən az pulu hansı ayda xərcləyir? - STATİSTİKA
Bakı Baş Statistika İdarəsi paytaxtda pərakəndə ticarət dövriyyəsinin aylar üzrə həcmini açıqlayıb.
 
Sfera.az xəbər verir ki, 2021-ci ilə aid olan məlumata əsasən əhali ərzaq və qeyri-ərzaq mallarının alınmasına ən çox pulu dekabrda xərcləyib. İlin son ayında ticarətdə 4,166 milyard manat xərclənib ki, bu da cəmi xərclərin 33,6 faizidir.

Əhali sentyabrda 2,42 milyard manat, iyunda 2,4 milyard manat xərcləyib. Bu 3 ayda əhali xərclərinin 51,1 faizini həyata keçirib.
Ən az pul xərclənən ay isə apreldir. Apreldə 1,35 milyard manat xərclənib.

Bayramlar ayı olan martda 1,99 milyard manat xərclənib.

Ümumilikdə, ilin son aylarında əhalinin pərakəndə ticarət xərclərinin yüksək olması müşahidə edilib.

Xərclər məhsul qruplarına görə də fərqlənir. Ərzaq xərcləri dekabr, iyun və sentyabrda böyük olur. Ərzağa ən az pul mayda və iyulda ayrılır.
Qeyri-ərzağa daha çox pul dekabr və mayda, ən az apreldə xərclənib.

Maraqlı olan faktlardan biri isə ondan ibarətdir ki, əhali mayda və iyulda qeyri-ərzağın alınmasına ərzaqdan kifayət qədər çox vəsait ayırır. Mayda fərq hətta 2 dəfədən də çox olur.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...