Bakıda ən çox tikinti bu rayonlarda aparılıb - SİYAHI

Bakıda ən çox tikinti bu rayonlarda aparılıb - SİYAHI
Ötən il Bakıda tikinti şirkətləri tərəfindən 8,493 milyard manatlıq iş icra edilib. 2021-ci il ərzində icra edilən işin həcmi 10,6 faiz artıb.
 
Sfera.az xəbər verir ki, ötən il paytaxtda ən çox tikinti işi Səbail rayonunda aparılıb. Rayonda il ərzində tikinti işlərinin həcmi 79,4 faiz artaraq 1,62 milyard manata yüksəlib.

Bakıda əvvəllər ən çox tikinti işinin aparıldığı Nəsimi rayonunda isə işlərin həcmi 6,8 faiz azalaraq 1,596 milyard manata düşüb.

Nərimanov və Xətai rayonlarında da işlərin həcmi böyük olub. Nərimanovda 1,216 milyard manatlıq, Xətaidə 1,215 milyard manatlıq iş icra edilib.
 
Adıçəkilən 4 rayonda 5,65 milyard manatlıq və ya ümumi işlərin 66,5 faizi qədərində tikinti işi aparılıb.

Ötən il Pirallahı rayonunda tikinti işi aparılmayıb, Xəzər kimi böyük rayonda isə 57,8 milyon manatlıq iş icra edilib.

2021-ci ildə Bakı şəhərində təhvil verilən böyük tikililər 4 saylı DOST Mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Baş Prokurorluğunun inzibati bina kompleksi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni inzibati binası, "Suraxanı” tanker-muzeyi, Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası, Hərbi Qənimətlər Parkı, İqtisadiyyat Nazirliyinin yeni inzibati binası, 6 saylı Bakı "ASAN xidmət” mərkəzi, Bakının Xəzər rayonunda 110/35/10 kilovoltluq "Buzovna-1” yarımstansiyası, Bakı Avropa Liseyinin yeni binası, AZƏRTAC-ın yeni binasıdır.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...